Elnur Aslanov: \"Erməni işğalçı qüvvələrinin ölkə ərazisindən çıxarılması regionun inkişafına təkan verəcək\"

Elnur Aslanov: \"Erməni işğalçı qüvvələrinin ölkə ərazisindən çıxarılması regionun inkişafına təkan verəcək\"

\"Azərbaycan ərazilərindən erməni işğalçı qüvvələrinin çıxarılması ölkənin, həmçinin regionun inkişafına böyük təkan verəcək\". SİA-nın məlumatına görə, bu barədə Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov I "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Konqresində çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanın strateji mövqeyi ölkəni qlobal enerji infrastrukturu mərkəzinə çevirib. Dağlıq Qarabağ münaqişəsinin olması, torpaqların işğalı isə ölkənin Qərbə inteqrasiyasını çətinləşdirir: \"Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal olunub, 1 milyon qaçqın və məcburi köçkün yurd-yuvalarından ayrı düşüb. Ermənistan Azərbaycanın mədəni-tarixi abidələrinin talanmasını həyata keçirir və etnik təmizləmə siyasəti aparır. Baxmayaraq ki, BMT-nin Azəırbaycan ərazilərinin qeyd-şərtsiz azad olunması ilə bağlı 4 qətnaməsi mövcuddur. Amma Ermənistan hökuməti bu qərarlara əhəmiyyət vermir\".

PA rəsmisi bildirib ki, Ermənistan hələ də öz ərazi iddialarından əl çəkmir. Onun sözlərinə görə, bu mövqe Ermənistanda sosial-iqtisadi vəziyyəti daha da çətinləşdirir: \"Keçmiş SSRİ ölkələri arasında Ermənistan ən uğur qazanmayan dövlətdir. Biz Dağlıq Qarabağa Azərbaycan ərazi bütövlüyü çərçivəsində ən yüksək statusunun verilməsinə hazırıq. Lakin Ermənistan hakimiyyəti qeyri-konstruktiv mövqeyindən əl çəkmir. Bunun nəticəsində isə Ermənistan əhalisi əziyyət çəkir və ölkəni beynəlxalq və regional layihələrdən kənarda qoyur. Bizim regional üstünlüklərimiz sülhə, əminamanlığa hesablanıb. Azərbaycanın iştirakı olmadan bölgədə hər hansı layihələr uğur qazana bilməz. Biz sülh və əminamanlığın tərəfdarıyıq\".

Bütün xəbərlər Facebook səhifəmizdə