Suriya Türkiyənin qırıcı təyyarəsilə bağlı məlumat yaydı

Suriya Türkiyəyə məxsus "F-4" qırıcı təyyarəsini vurması xəbərini təsdiqləyib. Suriyanın SANA dövlət agentliyi xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Sənəddə bidirilir: "Müəyyən olunmamış təyyarə Suriyanın qərbindən hava sərhəddini pozub, aşağı yüksəkliklə və böyük sürətlə Aralıq dənizi sahili boyunca irəliləyib. Həmin istiqamətdə Müdafiə Əleyhinə Sistemdən atəş açılıb. Vurulmuş təyyarə sahildən 10 kilometr aralı Suriyanın ərazi sularına düşüb. Daha sonra bəlli olub ki, vurulan obyekt Türkiyəyə məxsus hərbi təyyarədir. Hazırda Türkiyə və Suriya xilasediciləri təyyarənin düşdüyü yerdə axtarış aparırlar. İki pilotun taleyi barədə isə məlumat yoxdur".


Xatırladaq ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-4" təyyarəsi ötən gün Suriyanın Latakiya əyalətində vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...