Sabina Freyzer: “Azərbaycan və Ermənistan arasında müharibə riski çoxalır”
"Təmas xəttində azı 10 əsgərin ölümü ilə nəticələnən qarşıdurma Azərbaycan-Ermənistan arasında müharibə riskini çoxaldır. Özü də bu, BP və onun partnyor şirkətlərinin enerji layihələrinə 35 milyard dollar sərmayə qoyduğu regionda baş verir". SİA-nın xəbərinə görə, bunu Beynəlxalq Böhran Qrupunun direktoru Sabina Freyzer "Bloomberg" agentliyinə müsahibəsində deyib.
O, qeyd edib ki, Azərbaycan və Ermənistan təmas xəttində nəzarət zəifdir, beynəlxalq monitorinq isə demək olar, yoxdur: "Münaqişə tərəfləri arasında baş verən kiçik atışmalar sonra geniş hərbi əməliyyatların başlanmasına gətirib çıxara bilər".
S.Freyzer müharibənin başlayacağı təqdirdə şimal qonşumuz Rusiya və qardaş ölkə Türkiyənin reaksiyasından danışıb: "Rusiya və Türkiyə müharibə baş verəcəyi təqdirdə münaqişə tərəflərinə (Red: Türkiyə - Azərbaycana, Rusiya - Ermənistana) verdikləri təhlükəsizlik təminatlarına görə prosesə cəlb oluna bilərlər. Rusiyanın Ermənistanda hərbi bazası var və hər iki ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğu üçün Ermənistana hərbi yardım etməyi öhdəsinə götürüb. Azərbaycanın isə Türkiyə ilə etnik, siyasi və iqtisadi bağları var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB