Nəsimi rayon İH-də KİV nümayəndələri ilə görüş keçirilir

Bu gün Nəsimi rayon İcra Hakimiyyətinin yeni binasında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə "Yerli icra hakimiyyəti orqanları ilə KİV arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda tədbir keçirilir. SİA-nın xəbərinə görə, tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin rayon İcra Hakimiyyətinin binasının qarşısında qoyulmuş büstünün önünə tər çiçəklər düzüb, xatirəsini etiramla yad ediblər.

Hazırda tədbir rayon İcra Hakimiyyətinin akt zalında davam etdirilir. Tədbirdə Kütləvi İnformasiya Vasitələri rəhbərləri, jurnalistlər, icra nümayəndələri və rayon ictimaiyyəti iştirak edir.

Xatırladaq ki, yerli icra hakimiyyəti orqanları ilə KİV arasında təşkil edilən bu tip görüşlər ənənəvi hal alıb.

Tədbirdə icra başçısı Nəsib Məmmədəliyev çıxış edərək rayonda görülən abadlıq, quruculuq işlərindən danışıb, dövlət orqanları ilə KİV arasında əlaqələrin inkişafından söhbət açıb.

Daha sonra KİVDF-nin icraçı direktoru Vüqar Səfərli media rəhbərlərini tədbir iştirakçılarına təqdim edib və çıxışında dövlətin mətbuata diqqət və qayğısını önə çəkib. V. Səfərli xüsusi olaraq qeyd edib ki, ölkə baçısı İlham Əliyev tərəfindən verilmiş dünyada analoqu olmayan bir sərəncamdan sonra jurnalistlər üçün ev inşa edilir ki, bu da təqdirəlayiq haldır: "Bu dövlət başçısının mediaya olan qayğısından xəbər verir".

Sonda iclas dialoq şəklində davam etdirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...