"Bu günə qədər də adı çəkilən partiyanın qurultayının keçirilməməsinin əsas səbəbi bu istiqamətdə görülən işləri davam etdirmək olub. Müxalifət nümayəndələri özlərini cəmiyyətə elə təqdim etmək istəyirlər ki, guya bunlar Azərbaycanda ən böyük partiyadır. Belə ki, onların imkanları Yeni Azərbaycan Partiyasından (YAP) daha çoxdur. Əslində görüntü xatirinə atılan bu siyasi addımlar Müsavat partiyasının sonunu daha da sürətləndirir. Bununla belə həmin qurultayın keçirilməsi ilə İ.Qəmbərin partiya sədrliyindən getməsi məsələsi gündəmə gələ bilər".
Politoloq hesab edir ki, bütün bunların fonunda müxalifət düşərgəsinin üzvlərinə qurultaylarının keçirilməsi üçün "Bakı Krsital Zal" və Bakı Əl Oyunları Sarayı təqdim olunsa da bu onlar üçün kifayət olmayacaq. Belə ki, onlar bəhanə üçün artıq yeni metodlar axtarışında olacaqlar. Bakı Əl Oyunları sarayı meydan düşüncəsinə uyğun gəldiyi üçün onlar buranı seçiblər. Belə olan təqdirdə sual ortaya çıxır. Bəs, nə vaxtdan partiyanın qurultayının keçirilməsi üçün belə böyük yerlər arzu edilir? Əlbəttə ki, bunların hər birinin arxasında xaricdən yönəlik tapşırıqlar dayanır.
C.Nuriyev onu da sözlərinə əlavə etdi ki, partiyanın qurultayında müzakirə olunacaq məsələlər arasında təşkilat məsələsi əsas yer tutur:
"Əslində Müsavat partiyası bir diktaturadır və bunun da başında İsa Qəmbər dayanır, başqa heç bir şey".
Qeyd edək ki, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Müsavata qurultayın keçirilməsi üçün "Bakı Krsital Zal"ını təklif etsə də onlar Bakı Əl Oyunları Sarayını münasib görüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB