FHN təlim-məşq uçuşları həyata keçirir

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsi uçuş peşəkarlığını artırmaq məqsədi ilə təlim-məşq uçuşları həyata keçirir. SİA-nın FHN-in saytına istindən məlumatına görə, Aviasiya dəstəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində və Xəzər dənizi üzərində təlim-məşq uçuşları yerinə yetirilir. Təlim-məşq uçuşlarında nazirliyin "Mİ-17" və "Ka-32" tipli 2 ədəd vertolyotu və "BE-200 ÇS" tipli amfibiya təyyarəsi iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə