Əsirlikdə olan kiçik çavuş üçüncü ölkəyə təhvil verildi

Əsirlikdə olan kiçik çavuş üçüncü ölkəyə təhvil verildi

Məmmədbağır Axundzadənin hansı ölkəyə təhvil verilməsi barəsində isə məlumat yoxdur


Ermənistanda əsirlikdə olan Azərbaycan ordusunun kiçik çavuşu Məmmədbağır Axundzadə üçüncü ölkəyə təhvil verilib. SİA-nın xəbərinə görə, bu barədə məlumat Ermənistan xəbər agentliklərində yer alıb. Məmmədbağır Axundzadənin hansı ölkəyə təhvil verilməsi barəsində isə məlumat yoxdur.


Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə