"ATƏT son zamanlar təmas xəttində baş verən insidentlərlə bağlı narahatlığını bildirib\". SİA-nın xəbərinə görə, ATƏT-in fəaliyyətdə olan sədri Eamon Gilmor bu gün Milli Məclisin vitse-spikeri Bahar Muradova ilə keçirilən görüşündə Azərbaycan və Ermənistan tərəfləri arasında gücün tətbiq edilməsinə narazılığını ifadə edib. Onun fikrincə, belə bir fəaliyyət dayandırılmalı, hərbi qarşıdurmalara son qoyulmalı, snayperlər isə cəbhə xəttindən kənarlaşdırılmalıdır.
Qonağın fikilərinə münasibət bildirən vitse-spiker Bahar Muradova isə qeyd edib ki, hazırda işğal faktı mövcuddur və buna qarşı həm ATƏT-in, həm də digər beynəlxalq təşkilatların münasibətləri açıq şəkildə ortaya qoyulmalıdır. Onun sözlərinə görə, fakt ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazisində gedir və həyatını itirənlər də azərbaycanlılardır: "Əsas məsələ odur ki, burada siyasi iradə ortaya qoyulmalıdır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv kimi fəaliyyət göstərməsi, həmçinin həmsədr ölkələrin də nüfuzunu nəzərə alsaq, bu məsələnin həlli yollarının olduğu görünür. Ən əsas siyasi iradənin olmasıdır", - o əlavə edib.
ATƏT-in fəaliyyətdə olan sədri Eamon Gilmor isə vurğulayıb ki, məsələ yalnız sülh yolu həll olunmalıdır: "Gücdən istifadə ilə münaqişənin həlli mümkün deyil. Məsələnin sülh yolu ilə həll etmək çox vaxt alır və son razılığa gəlmək üçün xeyli vaxt tələb olunur. Həmsədrlərin tətbiq etdiyi mexanizmi dəstəkləyirik və bu istiqamətdə hər bir yardımı göstərməyə hazırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB