\"Monterey Bay News& Views\"qəzeti Azərbaycan haqda məqalə dərc edib
Kaliforniyanın "Monterey Bay News & Views"qəzeti Monterey şəhərində Respublika Günü münasibətilə keçirilmiş ziyafət və Azərbaycanın Los Ancelesdəki baş konsulu N.Ağayevin bu münasibətlə Monterey şəhərinə etdiyi səfərə həsr olunmuş məqalə dərc edib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan SİA-ya verilən xəbərə görə,Azərbaycanı dünyanın ən qədim sivilizasiyalarından biri adlandıran müəllif 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının (ADR) yaradıldığını qeyd edərək, bu respublikanın müsəlman dünyasının ilk müasir parlament respublikası olduğunu bildirir. Məqalədə ADR-in hətta ABŞ-dan iki il öncə qadınlara səsvermə hüququ verməsi faktı da xüsusilə vurğulanır.
Müəllif bu gün Azərbaycanın sürətlə inkişaf etdiyini bildirərək, onun ABŞ və Avropa ilə yaxın əməkdaşlıq münasibətləri qurmaq istəyən bir ölkə olduğunu diqqətə çatdırır.
Monterey ilə Lənkəran şəhərləri arasındakı qardaşlıq münasibətlərinə toxunan müəllif iki şəhər arasında turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarının olduğunu vurğulayır, xüsusilə kənd təsərrüfatı sahəsində Montereyin Lənkərandan öyrənə biləcəyi uğurlu təcrübələrin mövcud olduğunu qeyd edir.
Məqalənin tam mətni ilə bu linkdə tanış olmaq olar:http://montereybayareanews.com/azerbaijan-counsel-general-tours-monterey/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB