Ordumuzun mövqeləri yenidən atəşə tutulub

Ermənistanın silahlı birləşmələri mayın 8-də saat 08.00-dan mayın 9-u səhər saat 08.00-dək qoşunların təmas xəttinin bütün istiqamətlərində atəşkəs rejimini pozmaqda davam ediblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, intensiv xarakter alan atışmalarda Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə