Bu günün tarixi, tarixin bu günü

Bu günün tarixi, tarixin bu günü

68-ci ildə Roma imperatoru Neron intihar edib


1488 - Şahdağ ətəyində Şirvanşahların birləşmiş qüvvələri ilə qızılbaş (Səfəvi) qoşunları arasında döyüş olub. Döyüşdə Şirvanşahların qoşunları qalib gəlib, qızılbaşların rəhbəri Şeyx Heydər həlak olub. Bir neçə ildən sonra onun oğlu İsmayıl taxta çıxdı və Azərbaycan Səfəvi dövlətinin əsasını qoydu.


1617-ci ildə Osmanlı padşahı 1-ci Əhmədin tikdirdiyi və öz adına olan "Sultan Əhməd" məscidi ibadətə açılıb


1661-ci ildə Rusiya çarı III Fyodor anadan olub


1672-ci ildə Rusiya çarı I Pyotr anadan olub


1870-ci ildə ingilis yazıçı Çarlz Dikkens anadan olub


1977-ci ildə Türkiyənin Vatikanda olan səfiri Taha Carım erməni terror təşkilatı "Asala" tərəfindən Romada evinin qarşısında qətlə yetirilib


1989-cu ildə azərbaycanlı müğənni və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudov vəfat edib


1992-ci ildə Azərbaycan Respublikası Türkmənistanla diplomatik əlaqələr qurub


1992-ci ildə Azərbaycan Respublikası Pakistan ilə diplomatik əlaqələr qurub


1993-cü ildə Heydər Əliyev Naxçıvandan Bakıya gəlib


1998 - Prezident Heydər Əliyev Qazaxıstanın yeni paytaxtı Astanada türkdilli dövlət başçılarının 5-ci zirvə toplantısında iştirak edib. Sammit Qazaxıstanın yeni paytaxtının beynəlxalq təqdimatına həsr olunmuş təntənələr çərçivəsində keçirilirdi.


2007 - Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri arasında Sankt-Peterburqda keçirilən danışıqlarda irəliləyiş əldə olunmayıb. Bu, prezidentlər İlham Əliyev və Robert Koçaryan arasında sayca 9-cu (2003-cü ildən) görüş idi.

Bütün xəbərlər Facebook səhifəmizdə