Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, havanın arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir. Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Sahil və Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı rayonlarda qərb küləyinin güclənəcəyi ehtimal olunur. Havanın temperaturunun gecə 15-20, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB