Fazil Mustafa: “Azərbaycan müxalifəti öncə daxili problemlərinin həllinə çalışmalıdır” - MÖVQE

ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana etdiyi səfər zamanı, sözün həqiqi mənasında, Ermənistana dəstək nümayiş etdirirdi. SİA-nın xəbərinə görə, bunu millət vəkili Fazil Mustafa deyib.


Onun sözlərinə görə, dövlət katibi bunu Ermənistanda olduğu zaman da öz açıqlamasında açıq-aşkar dilə gətirmişdi: "Hillari Klintonun Azərbaycandakı davranışları bir növ Ermənistanda etdiyi davranışları təkrarlayırdı. O, erməni müxalifət nümayəndələri ilə görüşmədiyinə görə, Azərbaycanda da paralel olaraq bu tendensiyası qoruyub saxladı. Bu bir daha onu göstərdi ki, Azərbaycanda artıq müxalifət çox zəifdir. Əgər müxalifət güclü olsaydı o Gürcüstanda atdığı addımları eyni ilə ölkəmizdə də təkrarlaya bilərdi. Bütün hallarda Azərbaycanda müxalifət bir şeyi dərk etməlidir ki, daxildə problemlərin həllinə çalışmaq lazımdır. Hesab edirəm ki, ABŞ-ın bu mövqeyi kifayət qədər onları başa saldı ki, xaricə himayədarlar axtarmaqla məsələlərə çözüm tapmaq olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...