Mais Səfərli: “Müxalifət ictimai dəstəkdən məhrum olduğu üçün Klinton onlarla görüşü lazım bilmədi” - MÜNASİBƏT

Mais Səfərli: “Müxalifət ictimai dəstəkdən məhrum olduğu üçün Klinton onlarla görüşü lazım bilmədi” - MÜNASİBƏT
Amerika Birləşmiş Ştatları (ABŞ) bu və ya digər ölkələrlə əməkdaşlıq edərkən və onların rəsmiləri müxtəlif ölkələrə səfər edərkən tək iqtidarda olan qüvvələrlə deyil, eyni zamanda müxalifət nümayəndələri ilə də görüşürlər. SİA-nın xəbərinə görə, bunu Yurddaş Partiyasının sədri Mais Səfərli ABŞ-ın dövlət katibi Hillari Klintonun ölkəmizə etdiyi səfərin nəticələrinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, amma buna baxmayaraq artıq 10 ildən çoxdur ki, nəinki ABŞ-dan, hətta Avropa dövlətlərindən də ölkəmizə gələn rəsmilər Azərbaycan müxalifəti ilə görüşmürlər:


"Belə olan təqdirdə sual ortaya çıxır. Bəs bu nə ilə bağlıdır? Əvvəla ABŞ-ın siyasəti daha çox praqmatizm üzərində qurulub. Belə ki, bu reallıqlara əsaslanan bir siyasətdir. Onlar adətən o qüvvələrlə görüşürlər ki, onlar doğurdan da Azərbaycanın gələcəyində bir müxalifət olaraq iştirak etsinlər. Halbuki bu günki müxalifət o qədər zəif və ictimai dəstəkdən məhrumdur ki, ABŞ rəsmiləri onlarla görüşü özlərinə lazım hesab etmirlər. Çünki onlar bir növ dərk edirlər ki, ictimai dəstəyi olmayan qüvvələrlə görüşməyin heç bir mənası yoxdur. Müxalifət qəzetləri ancaq başdan –ayağa nağıllarla əhatə olunub. Ona görə də hesab edirəm ki, ABŞ reallığa uyğun bir dövlət olduğu üçün ancaq real olanları özü üçün başlıca metod seçib".

Bütün xəbərlər Facebook səhifəmizdə