Zahid Oruc: \"Hər bir atılmış gülləyə ikisi ilə cavab verməliyik\" - MÖVQE

Zahid Oruc: \"Hər bir atılmış gülləyə ikisi ilə cavab verməliyik\" - MÖVQE

Son günlər cəbhə xəttində baş verən hadisələr Azərbaycan əsgərini qətlə yetirməkdən daha çox, ABŞ dövlət katibi Hillari Klintonun səfərinə, Amerikanın maraqlarına, region üçün gündəmə gətirilən məsələlərə, yeni planlara və Amerikanın strateji planlarına qarşı atılan güllələrdir. Millət vəkili Zahid Oruc SİA-ya açıqlamasında deyib ki, hər bir Azərbaycan vətəndaşının həyatına qəsb edilməsi bizi ağrıdır və insanları hiddətləndirir. Millət vəkilinin fikrincə, müharibənin bu variantda davam etdirilməsi ölkənin maraqlarına ciddi zərbə vurur.

"Xanım Klinton Ermənistanda bəyan etdi ki, münaqişənin hərbi yolla həlli yoxdur. O zaman sual oluna bilər ki, sülh vasitələri varmı? Çox təəssüf ki, atəşkəs rejiminin pozulması öz-özlüyündə sülh danışığın nəticə verməməsi, eyni zamanda, ATƏT-in Minsk Qrupu fəaliyyətinə atılan güllələrdir. ABŞ maliyyə və siyasi dəstəyini Ermənistana veməklə Cənubi Qafqazı tam və rgegional vahid kimi götürməyə çalışdığı halda belə atəşkəslərin pozulması qaçılmaz olacaq. Buna qarşı reaksiyalarımz öz kəskin hiddətimizi bildirməklə olmaldıır. Həm də hər bir atılmış gülləyə ikisi ilə cavab verməliyik. Bir daha bəyan edirəm ki, Azərbaycan atəşkəsi mütəmadi pozmalıdır. Qorumalı yox, pozmalı. Bu bizim haqqımızdır. Çünki orada əhalinin məskunlaşmasının qarşısını almaq, təsərrüfat fəaliyyətinə zərbə vurmaq üçün Azərbaycan özünün ən kəskin münasibətini atılan güllələrlə ifadə etməlidir. Düşünürük ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri də verdikləri bəyanatla kifayətlənməlidirlər. Ermənistana yönəlik müəyyən tədbirlər və sanksiya rejimləri işə düşməlidir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə