Müdafiə Nazirliyi cəbhədə baş verən son hadisələrə münasibət bildirdi

"Belə demək mümkünsə, yalan Ermənistanda dövlətin başında kök salıb. Ölkənin idarə edilməsi yalan və uydurmalara əsaslanır. Daxili vəziyyətin gərginliyi də məhz buna əsaslanır. Əhalinin vaxtaşırı məlumatlandırılmaması, itkilər və uğursuzluqlar barədə faktların gizlədilməsi etirazları bir qədər də gücləndirib. Ermənistan rəhbərliyi cəbhədəki döyüşlərdən sonra vəziyyətdən çıxış yolu kimi, yalan və uydurma məlumatları genişləndirməyi özü üçün başlıca hədəfə çevirib\".

SİA-nın verdiyi xəbərə görə, bu, Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlunun mətbuata yazılı açıqlamasında bildirilir.

O deyib ki, bunu ölkənin informasiya vasitələrində dərc olunan fasiləsiz dezinformasiyaların mahiyyətindən aydın görmək olar. Öncə qeyd etdiyimiz kimi, bu yalanların istehsalı məsələsinə artıq Ermənistan prezidenti Serj Sərkisyanın özü qoşulub, necə deyərlər, kampaniyanın başında özü dayanır. Həm öz xalqını, həm də beynəlxalq qurumları xəcalət hissi çəkmədən aldatmağa çalışır. Görünür, çarəsi yoxdur. Ona görə də bu cür utandırıcı işlərə əl atır. Ölkədəki bütün iqtisadi mexanizmlər, sosial münasibətlər alt-üst olub. NATO-nun Çikaqo Sammitində Azərbaycanın əldə etdiyi yüksək nəticə və Ermənistanın son hərbi uğursuzluqları ölkədə hansı vəziyyətin tüğyan etdiyini təsəvvür etməyə imkan yaradır. Serj Sərkisyanın işğalçı maskası, demək olar tamamilə yırtılıb.

Açıqlamada vurğulanır: \"Onun tipajını səciyyələndirən başlıca amillər içərisində cinayətkar və uşaq qatili olduğu da xüsusilə diqqəti cəlb edir. Bütün bəşəriyyətə də onun bu siması məlumdur. Xocalı faciəsinin törədilməsində, körpə uşaqların, hamilə qadınların qətlə yetirilməsində bu cinayətkar prezidentin birbaşa rolu vardır. Ötən il mart ayının 8-də 9 yaşlı Fazil Bədəlovun qanı da Sərkisyanın üzərindədir. Bu uşaq əlində silah tutmamışdı, müharibənin də nə demək olduğunu tam anlamırdı. Küçədə oynadığı zaman erməni snayperindən açılan atəş nəticəsində həlak oldu. Onun və neçə-neçə belələrinin günahı nə idi? Serj Sərkisyan və ətrafı bu cür günahsız körpələrin ölümünün baiskarıdır. Vaxt heç də uzaqda deyil, uşaq qatilləri bütün bunların cavabını mütləq verəcəklər. İşğalçı Sərkisyan bunu qətiyən unutmamalıdır. Onun hümanizmdən, insanlıq hislərindən danışmağa haqqı yoxdur. Ancaq çox yüngül formada desəm, heç bir məsuliyyət hissi saxlamadan həm öz ictimaiyyətinə, həm də beynəlxalq təşkilatlara yalan məlumatlar sırımaqla məşğuldur. Guya ki, cəbhədə gərgin vəziyyətin günahını Azərbaycan tərəf daşıyır. Bunlar hamısı Ermənistanın siyasi və hərbi rəhbərliyinin öz cinayət əməllərini gizlətməkdən başqa bir şey deyil\".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...