İyunun 6-da Türkiyə Quru Qoşunları komandanı, ordu generalı Hayrı Kıvrıkoğlunun Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, türkiyəli generalın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib.
Görüşdə ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin daha da inkişaf etdirilməsi barədə ətraflı fikir mübadiləsi aparılıb. Hərbi təhsil sistemində əlaqələrin yeni mərhələyə çatdırılması məsələsi də görüşün əsas mövzularından biri olub. Söhbət zamanı regionda hərbi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlərdən geniş bəhs olunub.
Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulisi Kılıc da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB