NATO ekspertləri ilə Azərbaycan Silahlı Qüvvələri mütəxəssislərinin işçi görüşü başlayıb
Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, iyunun 5-də Azərbaycan Silahlı Qüvvələrin hərbi təhsil sisteminin bəzi sahələrinin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyət planına uyğun olaraq, NATO/ABŞ ekspertləri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri mütəxəssislərinin işçi görüşü başlayıb.
İki gün davam edəcək işçi görüşündə müdafiə planlaması, ABŞ-Azərbaycan münasibətləri, ABŞ-ın müdafiə siyasətində son dövrlər baş vermiş dəyişikliklər, strateji idarəetmə, SWOT (güclü və zəif cəhətlər, imkanlar və təhlükələr) prosesi kimi mövzular ətrafında birgə müzakirələr aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB