ABŞ-ın dövlət katibi ötən axşam regional turnesi çərçivəsində Gürcüstana gedib. "Novosti-Qruziya"nın verdiyi məlumata görə, Birləşmiş Ştatların xarici siyasət idarəsi rəhbərinin təyyarəsi Batumi beynəlxalq hava limanına enib. Hillari Klintonu Gürcüstanın xarici işlər naziri Qriqol Vvaşadze, onun müavini Nino Kalandze, Gürcüstanın ABŞ-dakı səfiri Temur Yakobaşvili, Acarıstanın hökumət rəhbəri Levan Varşalomidze, eləcə də, ABŞ-ın Gürcüstandakı səfiri Con Bas qarşılayıblar.


Hillari Klinton Batumidə iki gün qalacaq. O, iyunun 6-da səhər Bakıya yola düşəcək. Bu gün ABŞ-ın dövlət katibi Gürcüstan prezidenti Mixail Saakaşvili, eləcə də, müxalifət nümayəndələri ilə görüşəcək. Hillari Klinton Gürcüstanın baş naziri Nikoloz Gilauri ilə birlikdə ABŞ-Gürcüstan strateji müttəfiqliyi üzrə komissiyanın iclasına həmsədrlik edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə