Hafiz Hacıyev İsa Qəmbərlə Əli Kərimlinin erməni dostlarından danışdı

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ölkədə müxalifət partiyalarının bir araya gəlməsi təşəbbüsü ilə çıxış edir. Hafiz Hacıyevin sözlərinə görə, bu səpkidə bir sıra müxalifət partiyası rəhbərləri ilə görüş olub. Klassik Xalq Cəhbəsi Partiyası ilə razılıq əldə olunduğunu deyən Müasir Müsavat Partiyası sədri əksər partiyaların xarici havadarların buna imkan vermədiyin bildirib. Onun fikrincə, Əli Kərimlinin və İsa Qəmbərin sədrlik etdikləri müxalifət partiyaları erməni diaporlarının sifarişi ilə Azərbaycanda ictimai-siyasi asayışı pozurlar. Bunun məqsədi isə ondan ibarətdir ki, Dağlıq Qarbağ məsələsi ölkə gündəmindən çıxarılsın. Faktlarla çıxış edən Hafiz Hacıyev qeyd edib ki, Əli Kərimli erməni diasporunun liderləri hesab olunan Aram Marusiyanla, Tiqran Avanesiyanla və Aşot Kukasyanla daim əlaqədə olur.


Vüqar Əliyev


Bütün xəbərlər Facebook səhifəmizdə