Raffi Ovannisyan: “Parlament seçkiləri erməni xalqının məğubiyyəti idi”

"Hakimiyyət Konistitusiyaya və dövlətə qarşı "müasir" cinayətə əl atıb"


"Parlament seçkiləri erməni dövlətinin və xalqının məğubiyyəti idi". Bu bəyanatı Ermənistan İrs Partiyasının sədri Raffi Ovannisyan qurumun növbədənkənar keçirilən qurultayında verib.


Ovannisyan seçicilərin pulla alındığını, onlara hədə-qorxu gəlindiyini bildirib: "Nəticədə növbəti dəfə de-yure yox, de-fakto parlament yaradıldı. Mən də günahkaram. Ona görə ki, təcrübəmdən istifadə edib düşünmədim ki, bizim hakimiyyət Konistitusiyaya və dövlətə qarşı belə "müasir" cinayətə əl atar".


İP sədrinin sözlərinə görə, deyilən fakt üzrə hüquq-mühafizə orqanlarında kifayət qədər məlumatlar var. Amma onların özləri də bu saxtaxarlığa cəlb olunduğundan heç bir addım ata bilmirlər.


Ovannisyan Ermənistanın uçurumdan xilası üçün siyasi partiyaların və ictimai qurumların vahid cəbhədə birləşməsinin vacibliyini bildirib. Onun fikrincə, iqtidarın indiki sisteminə "yox" deyənlərin sayı getdikcə artır.

Bütün xəbərlər Facebook səhifəmizdə