Şahin İsmayılov: \"Hər bir tələbənin yanında olmağa çalışacağıq\" - MÖVQE

Şahin İsmayılov: \"Hər bir tələbənin yanında olmağa çalışacağıq\" - MÖVQE

Bu gün ikiillik fəaliyyətimizə yekun vurduq. Bundan sonra fəaliyyətimizi daha da genişləndirəcəyik, daha geniş sahələri əhatə edəcəyik.

Bu sözləri iyunun 2-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) hesabat-seçki qurultayında yenidən bu təşkilata sədr seçilmiş Şahin İsmayılov jurnalistlərə müsahibəsində deyib.

Ş.İsmayılov bildirib ki, gələcək fəaliyyətlərində tələbələrin problemlərindən tutmuş onların elmi potensialının üzə çıxarılmasına qədər müxtəlif layihələr həyata keçiriləcəkdir.

ATGTİ sədri qeyd edib ki, qurultayda ali təhsil müəssisələri ilə yanaşı, orta ixtisas müəssisələrinin tələbələri də sıralarımıza qatıldılar. Çalışacağıq ki, hər bir tələbənin yanında olaq, onların problemlərinin həllinə kömək edək.


Bütün xəbərlər Facebook səhifəmizdə