Bu gün ATGTİ-nin II hesabat-seçki qurultayı öz işinə başlayıb - FOTO

Bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) II hesabat-seçki qurultayı öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, qurultayı açan ATGTİ sədri Şahin İsmayılov ötən dövr ərzində təşkilatın həyata keçirdiyi layihələr barədə məlumat verib.

Gənclər və idman naziri Azad Rəhimov isə bildirib ki, ATGTİ təsis qurultayında qarşısına qoyduğu minimum planı yerinə yetirə bilib, eyni zamanda bütün ali təhsil müəssisələri ilə əlaqələr yaradıb: "Növbəti illər də bu qurumun qarşısında böyük işlər durur".


Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə öz növbəsində bildirib ki, Azərbaycan tələbələri ölkənin təbliğində mühüm addımlar atmalıdır: "Bu günkü Azərbaycan regional liderə çevrilir. Ölkə gəncləri Azərbaycan reallıqlarını, xüsusən Dağlıq Qarabağ problemi barədə həqiqətləri dünyanın digər bölgələrində yaşayan tələbə yoldaşlarına çatdırmalıdırlar. Azərbaycan tələbələri informasiya kommunikasiya texnologiyaları vasitəsi ilə də ölkə reallıqlarının dünyaya çatdırılmasında səfir rolunu oynayırlar. Azərbaycanın hər bir gənci bilməlidir ki, o böyük, qüdrətli bir ölkənin vətəndaşıdır. Bizim məqsədimiz Azərbaycanın gənc nəslini təşəbbüskar, fəal və intellektual olmasına nail olmaqdır".

\"Əgər Ali baş komandan İlham Əliyevin əmri olarsa, Qarabağımızı azad etməyə hər an hazırıq\",- deyə Elnur Aslanov Azərbayacanın yaralı yeri olan Dağlıq Qarabağ məsələsinə də toxunub.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...