Respublikanın hər yerində olduğu kimi ölkənin ikinci böyük şəhəri Gəncədə də son zəng tədbirləri keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Təhsil Nazirliyinin qərarına uyğun olaraq səhər saat 9-da başlayan tədbirlər 3 saat davam edib. Bu ilki məzunları valideynlər, şəhər rəsmiləri təbrik edib, onlara həyat yollarında uğurlar arzulayıb. Qeyd edək ki, son zəng tədbirləri hər il olduğu kimi bu il də сoşqu ilə qeyd olunub. Məzunlar bir-birindən maraqlı çıxışları ilə yadda qalıb.
Məlumat üçün bildirək ki, 2011- 2012 -ci tədris illərində Gəncə şəhərinin 44 ümumtəhsil orta məktəbini 2500 dən artıq şagird bitirib. Daxili İşlər Nazirliyinin göstərişinə əsasən respublikanın hər yerində olduğu kimi Gəncədə də ibtidai asayişi qorumaq məqsədi ilə orta ümumtədris müəssisələrinə, eləcə də istirahət parklarına post-patrul xidmətləri qoyulub.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB