Elmar Məmmədyarov: “Şərq əməkdaşlığı” proqramı əlaqələrin möhkəmləndirilməsi üçün əsas platformadır”
\"Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişafı üçün qəbul edilən "Şərq əməkdaşlığı" proqramı əlaqələrin möhkəmləndirilməsi üçün əsas platformadır\". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın "Agenda Media" agentliyinə verdiyi müsahibəsində bildirib. Nazirin sözlərinə görə, Avropa İttifaqı ilə əməkdaşlığın inkişafı üçün qəbul edilmiş "Şərq əməkdaşlığı" proqramı həm Azərbaycanla Aİ üzvləri arasında, həmçinin Avropa Komissiyası ilə Avropa Parlamenti arasında əlaqələrin möhkəmləndirilməsi üçün əsas platformadır. O deyib ki, NATO ilə əməkdaşlıq ölkədəki müxtəlif islahatların inkişafına xidmət göstərir.
Ölkə rəhbərliyi iqtisadi artım, müxtəlif sahələrdə islahatların dərinləşdirilməsi kimi amillərə əsaslansa da üstünlüyü Azərbaycan vətəndaşlarının gənc nəslinə verdiyini deyən Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan müstəqil olduğu 20 il ərzində sovet imperiyasının ucqarlarında olan respublikadan inamla inkişaf edən demokratik dövlətə çevrilib: "İnsanların psixologiyasının dəyişməsi uğrunda mübarizə bu işdə mühüm rol oynayıb. Bu əsas mübarizədir. Mənim fikrimcə, ölkənin gələcək inkişafı Azərbaycanın gənc nəslinin özündə daşıdığı rəy və baxışların müxtəlifliyindən daha çox asılıdır. Bu məsələdə Azərbaycan gənclərinin xaricdə təhsil alması da mühüm rol oynayır. İnsan potensialının qurulmasından danışırıqsa, təhsilin dəstəklənməsi investisiyaların ən yaxşı üsuludur. Bunun üçün dövlət proqramı hazırlamışıq və ona əsasən, ən istedadlı tələbələr xaricdə təhsil ala və sonra vətənlərinə qayıdaraq onun inkişafına töhfə verə bilərlər".
Nazirin sözlərinə görə, ölkə rəhbərliyi gənc insanların Avropa və ABŞ-da təhsil olmasının onların vahid Avropa dəyərlərinə inamını gücləndirəcəyinə inanır: "Hesab edirik ki, bu təkcə ölkənin ən yaxşı inkişaf üsulu deyil, həm də Azərbaycan cəmiyyətində bütün Avropa məkanında mövcud olan müvafiq vahid Avropa dəyərlərini möhkəmləndirmək üçün yaxşı imkandır. Azərbaycanın enerji sənayesinin inkişafından əldə olunan gəlirləri müxtəlif sahələrin inkişafına yönəlir. Biz öz enerji resurslarımızı millətin və ölkənin inkişafı, müstəqillik və suverenliyin möhkəmləndirilməsi, həmçinin insan potensialının qurulması üçün möhkəm əsas qismində nəzərdən keçiririk".
Ölkədə daxili inkişafa vəsaitlərin yatırılması üzrə xüsusi dövlət proqramlarının fəaliyyət göstərdiyini qeyd edən nazir müsahibəsində bildirib ki, dövlət kənd regionlarının inkişafı üzrə xüsusi proqram hazırlayıb və bu proqrama əsasən, kənd regionlarının inkişafı Abşeron yarımadasında gördüyümüz inkişafla vəhdət təşkil edəcək: "Biz ona can atırıq ki, Azərbaycanın hər bir vətəndaşı ölkənin enerji resurslarının işlənilməsi və ixracından gələn müsbət effekti öz üzərində hiss etsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB