Əli Həsənov: \"Eurovision\"nu pozmaq cəhdləri olub və onların da qarşısı alınıb\"

Əli Həsənov: \"Eurovision\"nu pozmaq cəhdləri olub və onların da qarşısı alınıb\"

\"Eurovision-2012\" beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi ərəfəsində bəzi anti-Azərbaycan qüvvələr və onların sırasında bəzi radikal dini dairələr Azərbaycana hədələyici xəbərdarlıq ediblər\". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqil dövlət kimi ölkəyə gələn bütün qonaqların təhlükəsizliyinə təminat verib: \"Azərbaycanın bütün hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib. Nəticədə MTN keçirdiyi uğurlu əməliyyatlarla bağlı açıqlama verdi. Belə terror cəhdləri və \"Eurovision\"nı pozmaq cəhdləri olub və onların da qarşısı alınıb, bundan sonra da alınacaq. Azərbaycan \"Eurovision\" yarışmasının ən yaxşı nümunəsini ortaya qoyub və ölkəyə gələn hər bir turistin və qonağın təhlükəsizliyi və rahat iş şəraiti yüksək səviyyədə təmin olunub. Hər bir insan layiqli şəraitdə yerləşdirilib və tədbirlərdə iştirak edib\".

Bütün xəbərlər Facebook səhifəmizdə