İordaniyada Azərbaycanın Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib
İordaniyanın paytaxtı Əmman şəhərində 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib. Səfirlikdən SİA-ya verilən məlumata görə, tədbirdə şahzadə Mirad ibn Raed, İordaniya Senatının sədri Tahir Masri və Senat sədrinin birinci müavini Abdurrauf Ravabdehlə yanaşı, bir sıra keçmiş kabinet üzvləri, krallığın rəsmi və işgüzar dairələrinin, ölkədə akkreditə olunmuş diplomatik missiyaların, Azərbaycan icmasının, yerli KİV-lərin və İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri, Qafqaz xalqları icmalarının (çeçenlər və çərkəzlər) nüfuzlu üzvləri, tanınmış ziyalılar (təxminən 250 qonaq) iştirak ediblər.
Qəbul zamanı hər iki dövlətin himnləri səsləndirildikdən sonra səfir Elman Araslı çıxış edərək Azərbaycanın tarixi keçmişinə nəzər salaraq müstəqillik dövrünün reallıqları haqda danışıb. Mərasim boyu Azərbaycanın xalq, klassik və estrada musiqisi, habelə görkəmli bəstəkarlarımızın simfonik muğamları səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB