Elman Nəsirli: “Rusiyanın Qəbələ RLS-dən imtina etməsi inandırıcı görünmür” - MÖVQE

Elman Nəsirli: “Rusiyanın Qəbələ RLS-dən imtina etməsi inandırıcı görünmür” - MÖVQE
Rusiyanın Qəbələ RLS-dən imtina etməsi inandırıcı görünmür. Hesab edirəm ki, onlar daha çox siyasi bazarlıq etmək və danışıqlar vasitəsilə böyük səy göstərirlər ki, adı çəkilən məbləği aşağı endirsinlər. SİA-nın xəbərinə görə, bunu Səs TV-yə açıqlamasında politoloq Elman Nəsirli deyib. Onun sözlərinə görə, təkcə NATO-da keçirilən Çikaqo sammitində Rusiya prezidenti Vladimir Putin iştirak etmədi:


"Stansiya nüvə başlıqları daşımağa qadir yerüstü və dəniz ballistik raketlərin aşkarlanması, həmçinin kosmik fəza üzərində fasiləsiz nəzarətə şərait yaradır. Sistem raketin qalxmasından bir neçə saniyə sonra buraxılışı aşkarlamaqla yanaşı, həm də elə ilk saniyədən raketin traektoriyasını izləməyə, öncədən onun lazımi nöqtədə tutulması üçün göstəriciləri təqdim etməyə imkan verir. Bununla belə RLS İran, Türkiyə, Hindistan, İraq, Pakistan, qismən də Çin, həmçinin bir sıra başqa Asiya və Afrika ölkələrinin hava və kosmik məkanı üzərində monitorinq aparmağa şərait yaradır. Həmçinin stansiya Cənub yarımkürəsində qitələrarası ballistik raketlərin buraxılışını, həmçinin Hind okeanı hövzəsindəki sualtı raket daşıyıcılarından qitələrarası ballistik raketlərin buraxılışını qeydə alır. Hesab edirəm ki, belə olan təqdirdə Rusiyanın bundan imtina etməsi inandırıcı görünmür. Rusiya tərəfi çalışır ki, daha çox təsir vasitələrindən istifadə edib adı çəkilən məbləğin aşağı endirsin. Əslində Rusiyanın hərbi-siyasi dairələri bunu bir təsir mexanizmi kimi ortaya atır."


Bu məsələdə Azərbaycanın mövqeyinə gəlincə isə politoloq dedi ki, qiymətlərə yenidən baxılması məntiqidir:


"Necə ki, Rusiya dövləti dünya neft, qaz bazarında istədiyi kimi qiyməti qaldırır və endirir. Düşünürəm ki, bu məsələ bir qədər qapalı danışıqların əsas predmentidir. Bu danışıqların gedişatında istənilə halda kompromis ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə