Bütöv Azərbaycan Xalq Cəhbəsi partiyası müxalif siyasi mövqeyi ilə daim hakimiyyəti tənqid etdiyi təqdirdə heç bir təzyiqlə üzləşməyib. Bu fikirləri SİA-ya partiyanın sədr müavini Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, ölkədə xeyli sayda radikal müxalifət mətbuatı fəaliyyət göstərir və burda çalışan heç bir jurnalist həbsələrə o, cümlədən təzyiqlərə məruz qalmayıb.
Qeyd edək ki, "Amnesty International" təşkilatı Azərbaycanın ünvanına növbəti bir böhtan bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, guya Azərbaycanda yeni repressiya və zorakılıq dalğası başlayıb. Təşkilat 2012-ci ildə dünyada insan haqlarının vəziyyətinə dair hesabatında qeyd edir ki, ölkədə demokratiya, siyasi islahatlar tələb edənlərin mitinqləri zorakı üsullarla dağıdılır.
Bundan başqa "Amnesty International" əlavə edir ki, müxalifət fəallarının zorakılığa məruz qalmaları barədə şikayətləri bir qayda olaraq araşdırılmır. Elçin Mirzəbəylinin sözlərinə görə, bu Azərbaycana qarşı həyata keçirilən məqsədyönlü kompaniyanın tərkib hissəsidir. Proseslərə diqqət yetirdikdə görünür ki, aqresiya artdıqca ortaya gerçək bir mənzərə çıxır ki, bu planlaşdırılmış bir ssenaridir və ardıcıl şəkildə həyata keçirilir.
Elçin Mirzəbəylinin qeyd etdiyinə görə, belə bir fikir səslənir ki, guya Azərbaycanda 6 jurnalist həbs olunub. Amma nəticə etibarı ilə ortada dəqiq fakt yoxdur. Aksiya zamanı saxlanan insanlara gəldikdə isə bu da ssenarinin bir hissəsidir. Çünki, bu gün kimsə icazəsiz bir aksiya keçirisə xüsusilə də beynəlxalq tədbirlərin keçirildiyi bir anda, bunun qarşı qanunla alınmalıdır. Çünki sərbəst toplaşmaq haqqında qanunda açıq şəkildə göstərilir ki, beynəlxalq tədbirlər keçirilən zaman bu və ya digər aksiyaların keçirilməsinə icazə verilmir. Bu hər kəsə bəlli olan bir məsələdir.
Müxalifət partiyasının funksineri əlavə edib ki, dünyanın ayrı-ayrı yerlərində keçirilən aksiyalara diqqət yetirdikdə, məsələn, ABŞ-da, Böyük Britaniyada, Almaniyada, Fransada və digərlər ölkələrdə icazəsiz aksiyalara qarşı ciddi tədbirlər görülür, hətta yüzlərlə insan həbs olunur. Bəs buna niyə reaksiya verilmir?
Elçin Mirzəbəylinin sözlərinə görə, erməni diasporunun maliyyəsi hesabına fəaliyyət göstərən əksər beynəlxalq təşkilatlar "Avroviziya-2012" mahnı müsabiqəsinin təşkilindən narahatlıq keçirirlər. Bu səbəbdən də ölkəmizə qarşı total hücumlara başlanılıb. Bundan başqa İran Azərbaycana qarşı təxribatçı hücumları davam etdirir.
Partiyanın sədr müavini qeyd edib ki, bu, İranın Azərbaycana qarşı yürütdüyü düşmən siyasətin bir mərhələsidir. Azərbaycanın Qərblə yaxınlaşması İranda ciddi narahatlığa səbəb olub. Çünki, regionda insan hüquq və azadlığının inkişafı, genişlənməsi İranda hakimiyyət dəyişikliyinə yola aça bilər. Bu səbəbdən İran ölkəmizə qarşı təxribatlarını artırıb.
E.Mirzəbəyli İran mətbuatında Azərbaycan əlehinə verilən materiallara da münasibət bildirib. Onun sözlərinə görə, İran mətbuatının Azərbaycana qarşı mövqeyindən təəccüblənmək lazım deyil, çünki bu əxlaqsız mediadır.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB