Milli Məclisin növbədənkənar sessiyaları keçiriləcək

Milli Məclisin növbədənkənar sessiyaları keçiriləcək

Milli Məclisin növbədənkənar sessiyaları keçiriləcək. Bu barədə SİA-ya Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin yaz sessiyası nizamnaməyə əsasən, mayın 31-də yekunlaşır. Amma parlamentin yaz sessiyası müddətində iş cədvəlində nəzərdə tutulan məsələlər tam yekunlaşmayıb. Elə qanunlar və məslələr var ki, onlar yaz sessiyası müddətində müzakirə olunaraq həllini tapmalı idi. Lakin iş qrafikində olan bir sıra qanunlar müzakirə olunmayıb. Məsələn, 2012-ci il dövlət büdcəsinin dürüstləşdirilməsi məsələsi, "Elm siyasəti haqqında" qanun layihəsi, "Eks prezidentlər" haqqında konstitusiya qanunun təsdiqi və digər bir sıra məslələr var ki, onlar həllini tapmayıb. Ona görə, yaz sessiyasının müddəti iyunda da davam edəcək və bu müddətdə bir neçə iclasının keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə