İranda Urmiya gölünün qurumasına etiraz əlaməti olaraq aksiya keçirilib - VİDEO
İranda Urmiya gölünün qurumasına hökümətin laqeyd münasibətinə etiraz olaraq Təbriz və Urmiyada kütləvi etiraz aksiyaları keçirilib. Polisin müdaxiləsi ilə aksiyada gərginlik yaşanıb. SİA-nın məlumatına görə, xəbəri trend.az saytı İranda Azərbaycanlı Siyasi Məhbusların Hüquqlarını Müdafiə Asosasiyasına istinadən yayıb.
Məlumata görə polislər motoskiletlərini aksiya iştirakçılarının üstünə sürərək, rezin dəyənəklərlə hücum edib.
Təbriz və Urmiyada polis rezin dəyənəklərdən, gözyaşardıcı qazdan istifadə edib. Hadisə şahidlərinin məlumatına görə Təbriz və Urmiyada 100 nəfərdən çox aksiya iştirakçısı həbs olunub. Məlumatda həmçinin bildirilir ki, Təbriz şəhərində Abrasam meydanında polis və aksiya iştirakçıları arasında qarşıdurma baş verib. Təbrizin Saat meydanı, Şahnaz xiyabanı və digər bir neçə xiyabanında polis qüvvələri əhalinin toplaşmasının qarşısını alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB