Zeynəb Xanlarova: “Azərbaycanda bir neçə varlı şəxs xalqı dövlətdən narazı salır\"

Zeynəb Xanlarova: “Azərbaycanda bir neçə varlı şəxs xalqı dövlətdən narazı salır\"

"Azərbaycanda bir neçə nəfər varlı adam xalqı dövlətdən, prezidentdən narazı salır. Bu Prezident İlham Əliyevə qarşı təxribatdır".


SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin (MM) iclasında millət vəkili, xalq artisti Zeynəb Xanlarova deyib. O, millət vəkili seçildiyi ərazidə sürətlə villalar tikildiyini və bu imarətlərin kasıb evlərinin qarşısını kəsdiyini bildirib: "Altıağacda pullu insanların nə qədər villaları var. Komanın yanında elə böyük villa tikiblər ki, Allahın göndərdiyi bulağı həyətlərinə salıblar. Belə hərəkətlər də yerli əhalini narazı salır".


Z. Xanlarova bəzi məmurların xalq arasında xüsusi hörməti olduğunu qeyd etməklə yanaşı, yerli əhalinin problemi ilə maraqlanmayanların da olduğunu vurğulayıb: "Xalq prezidentdən razıdır, onun işlərini dəstəkləyir. Amma bəzi məmurlar var ki, onların əməlləri insanları qıcıqlandırır".


Z. Xanlarova Altıağacda su və kanalizasiya problemi olduğunu da vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə