"Eurovision-2012" Mahnı Müsabiqəsinin mayın 26-da keçiriləcək finalı Ermənistanın İctimai Televiziyası ilə yayımlana bilər". Bu barədə Ermənistanın "Eurovision" nümayəndə heyətinin rəhbəri Qoap Hasparyan news.am-a müsahibəsində bildirib.
Məsələni ətraflı şərh etmək istəməyən Hasparyanın sözlərinə görə, əgər teleyayım baş tutsa belə, Ermənistan müsabiqədə iştirakdan imtina etdiyindən tamaşaçılar səsvermə hüququna malik olmayacaqlar.
Qeyd edək ki, Qoap Hasparyan bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında bildirmişdi ki, "Eurovision" bu ölkədə yayımlanmasa, Ermənistan "Eurovision-2013"-də iştirak etməkdən məhrum olacaq. "Eurovision" administrasiyasının nümayəndəsi Yarmo Siym də bildirmişdi ki, əgər Ermənistan "Eurovision-2012"-ni ölkəsində yayımlasa, bu ölkənin gələn il keçiriləcək müsabiqədə iştirak etməsində problemi olmayacaq.
Xatırladaq ki, bu gün "Eurovision-2012" Mahnı Müsabiqəsinin ilk yarımfinalı keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB