İran Azərbaycandakı səfirini geri çağırıb?

İran Azərbaycandakı səfirini geri çağırıb?

İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami vətəninə çağırılıb. Bu barədə məlumatı İran mətbuatı yayıb. Məlumatda bildirilir ki, məsələ ilə bağlı xəbər diplomatik mənbələrdən daxil olub.


Məlumatda eyni zamanda bildirilir ki, səfirin geri çağırılmasına səbəb İranın Bakıdakı səfirliyi qarşısında keçirilən aksiyalar zamanı ölkənin dini liderinin təhqir olunmasıdır.


Sabah öz ölkəsinə yola düşəcək diplomatın Tehrana məsləhətləşmələr üçün çağırıldığı ehtimal olunur. Lakin onun nə zaman geri dönəcəyi məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə