Bu gün saat 11:05 radələrindən başlayaraq Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Ağdam torpaqlarında iri miqyaslı hərbi təlimlərə başlayıblar. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Ağdamın Uzun dərə adlanan ərazisində keçirilən ,hərbi təlimlərdə quru qoşunlardan yüngül və ağır atıcı silahlardan o cümlədən, zirehli texniklardan istifadə edilir.
Təlimlər zamanı baş verən güclü partlayışlar torpaq titrətməsi yaradır. Cəbhə kənd sakinləri bu cür təlimləri adi hal kimi qiymətləndirir.
Qeyd edək ki, Azərbaycanın işğal altında olan əraziləri nəzarətsiz olduğundan erməni hərbiciləri istənilən vaxt hərbi təlimlər keçirir.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB