Politoloq: \"Əgər biz enerji təhlükəsizliyi probleminin qarşısını ala bilsək, Azərbaycan bundan çox güclü divident qazanacaq\"
"Bu gün Xəzərdə problemlər çox olsa da onların 3-ü əsasdır. Bunun birincisi Xəzər dənizi ölkələrinin hərbi-siyasi təhlükəsizliyi məsələsidir". Politoloq Rüstəm Məmmədov SİA-ya açıqlamasında deyib ki, Xəzər dənizi regionuna müəyyən mənada hərbi-siyasi həmlələr ideyası hər zaman gündəmə gəlir. Bu sahədə hələ ki ciddi hərbi-siyasi qarşıdurmanın olmadığını deyən R.Məmmədov söyləyib ki, lakin məsələ həmişə gündəmdədir. Onun fikrincə, digər Xəzəryanı ölkələrlə yanaşı Azərbaycan hər zaman özünün hərbi-siyasi təhlükəsizliyini qorunmağı bacarmalıdır.
"İkinci məsələ neft-qaz yataqlarının istismarı və onların enerji təhlükəsizliyi problemidir. Əgər biz enerji təhlükəsizliyi probleminin qarşısını ala bilsək, onu düzgün hüquqi tənzimə yönəldə bilsək, Azərbaycan bundan çox güclü divident qazanacaq. Bu gün qazandığından da artıq qazana bilər. Üçüncü problem isə Xəzəryanı dövlətlərin daxilində mövcud olan immiqrasiya prosesləridir. Bu isə çox ciddi sürətdə artır. Əgər dünya inteqrasiyaya məruz qalırsa, miqrasiya da olmaldır. Lakin bunlar digər tərəfdən ölkələrin daxilində əmək bölgüsü prosesinə xələl gətirir, sosial məsələlər yaradır. Bu gün hər bir ölkə özünün iqtisadi durumunu elə qurmalıdır ki, onun əhalisi ölkələri gəzməsin", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB