Prezident İlham Əliyev ABŞ-a işgüzar səfərə gedib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev NATO-nun Sammitində iştirak etmək üçün ABŞ-ın Çikaqo şəhərinə işgüzar səfərə gedib. AzərTAc-ın məlumatına görə, Azərbaycanın dövlət başçısının şərəfinə Çikaqo şəhərinin "O Hare" Beynəlxalq Aeroportunda fəxri qarovul dəstəsi düzülüb.


Azərbaycan prezidenti İlham Əliyevi ABŞ-ın rəsmi şəxsləri qarşılayıblar.


Bütün xəbərlər Facebook səhifəmizdə