Azərbaycanın mobil rabitə operatoru "Nar Mobile" şirkətinin şəbəkə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə planlı təkmilləşdirmə işləri aparılan zaman baş verən texniki qəza aradan qaldırılıb.
Şirkətdən SİA-ya verilən məlumata görə, ötən gün "Nar Mobile"ın şəbəkə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə planlı təkmilləşdirmə işləri aparılan zaman baş verən texniki qəzanın nəticələrini aradan qaldırılması məqsədi ilə şirkətin işçi heyəti bütün gecə hadisə yerində çalışıb: "Bunun nəticəsi olaraq, qəzanın nəticələri tam olaraq aradan qaldırılıb və dayanıqlı mobil rabitə təmin olunub".
Qeyd edək ki, 2007-ci ildən fəaliyyət göstərən "Nar Mobile" şirkəti ölkənin 80% ərazisini əhatə edir. Hazırda şirkətin 1,5 mln-dan çox abunəçisi mövcuddur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB