DİN Bakı sakininin qətli ilə bağlı məlumat yayıb

DİN Bakı sakininin qətli ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi Bakı şəhər sakininin Şamaxıda bağ evində qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. DİN-dən SİA-ya verilən məlumata görə, mayın 17-də Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində Bakı şəhər sakini Akim Əfəndiyevə məxsus bağ evində yanğın baş verib. Nəticədə evdəki əşyalar qismən yanıb. Yanğın söndürüldükdən sonra A.Əfəndiyevin bıçaqla qətlə yetirmiş meyiti tapılıb. Faktla əlaqədar cinayət işi başlanıb. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Şamaxı rayon Polis Şöbəsi tərəfindən aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə