Azərbaycan Milli Təhlükəsizlik Nazirliyindən (MTN) ötən gün keçirilən əməliyyatla bağlı açıqlama verilib. Nazirliyin İctimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayevin SİA-ya verdiyi məlumata görə, Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üzrə bütün qabaqlayıcı tədbirlər həyata keçirilir, anti-terror əməliyyatları davam etdirilir. Onun sözlərinə görə, bu əməliyyatlar zamanı 1 terrorçu məhv edilib. Hazırda istintaq-əməliyyat tədbirləri başa çatmayıb. Əməliyyat tədbirləri başa çatdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB