Dağlıq Qarabağ problemi Monakoda müzakirəyə çıxarılacaq

Dağlıq Qarabağ problemi Monakoda müzakirəyə çıxarılacaq

İyulun 5-dən 9-dək Monakoda ATƏT Parlament Assambleyasının illik sessiyası keçiriləcək. 168.az-ın məlumatına görə, iclasda təhlükəsizlik, siyasət, iqtisadi və insan haqlarına dair deklarasiyanın qəbul edilməsi gözlənilir.


Məlumata görə, siyasi məsələlərə dair litvalı deputat Vili Abramikiene məruzə ilə çıxış edəcək. Çıxışda regionlardakı münaqişələrin nizamlanması, həmçinin Dağlıq Qarabağ problemilə bağlı məsələ də əks olunacaq.


Sessiya başa çatdıqdan sonra Monako deklarasiyasının qəbul ediləcəyi, ATƏT PA-ya yeni sədrin seçiləcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə