Milli Məclisdə (MM) Azərbaycan-Almaniya parlamentlərarası işçi qrupunun üzvləri Almaniya Bundestaqının deputatı Folker Bek ilə görüşüblər. MM-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, deputat Rövşən Rzayev işçi qrupun üzvlərini qonağa təqdim edib. Görüş zamanı Azərbaycanın Avropaya inteqrasiyası prosesində Almaniya təcrübəsinə böyük maraq göstərdiyi, demokratiyanın inkişafı sahəsində əməkdaşlığın vacibliyi vurğulanıb.
R.Rzayev Bundestaqın Cənubi Qafqazda vəziyyətlə əlaqədar qəbul etdiyi qərarın obyektivlik baxımından əhəmiyyətini qeyd edib və Almaniyanın bundan sonra da Azərbaycanın haqlı mövqeyini müdafiə edəcəyinə ümidvar olduğunu söyləyib.
Görüşdə millət vəkilləri Əhliman Əmiraslanov, Fazil Mustafa, Xanlar Fətiyev, Fuad Muradov əlaqələr barədə fikirlərini bölüşüblər.
Qəbula görə minnətdarlığını bildirən Folker Bek ölkəsinin regionda mövcud olan münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu bildirib. Qonaq bu problemin həllinin uzanmasının Cənubi Qafqazda inkişafa mane olduğunu deyib. O, ölkəsi ilə Azərbaycan arasında əlaqələrin xalqların mənafeyi naminə bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB