Sel sularının aradan qaldırılması istiqamətində direnaj kanalları qazılır
Son günlər havaların yağmurlu keçməsi Samuxda bir sıra problemlərə səbəb olub. Bu səbəbdən də problemin aradan qaldırılması istiqamətində rəsmi qurumlar hərəkətə keçib. SİA-nın bölgə müxbirinin məlumatına görə, rayonun Burunqovaq və Yeni kənddə direnaj kanallarının qazılmasına başlanılıb. Bu sahədə aparılan işlərin əsas məqsədi əhalinin yaşayış evlərinin sel sularından qorumaq, həmçinin əkin sahələrinin erroziyaya uğramasının qarşısını almaqdır. Adıçəkilən ərazilərə texnikalar göndərilib. Əsasən sovetlər dönəmindən qalan direnajlar təmizlənir, üstəlik yeni ərazilər sel və qurunt suların axıdılması üçün qazılır.
Məlumat üçün bildirək ki, Samux rayonunda 145 min ha torpaq sahəsi var. Bunların təxminən 22 min ha əkinə yararlı hesab edilir.
Qeyd edək ki, su basan Burunqovaq kəndində rayon İcra Aparatının rəsmiləri də olub. Sözügedən ərazidə direnaj kanallarının qazılması işi daha sürətlə həyata keçirilir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB