S.Orucov bildirib ki, həmin müraciət AXCP-də birləşən gənclərin savadsızlığının nümunəsidir. Çünki bu müraciətdə reallıqlarla daban-dabana zidd olan fikirlərin əksini tapması bunu deməyə əsas verir. Azərbaycanda analoqu olmayan inkişafın baş verdiyini deyən S.Orucovun sözlərinə görə, bu inkişaf bütün istiqamətlərdə özünü bariz şəkildə göstərir. "Amma Azərbaycan müxalifəti düzgün mövqedə deyil və inkişafımızı görmək istəmirlər. AXCP Gənclər Komitəsinin məlum müraciəti göstərir ki, həmin gənclər, deyəsən, nə ali təhsil alıblar, nə bir kitab, nə bir jurnal, nə də bir qəzet oxuyublar\".
S.Orucov həmçinin, bildirib ki, ümumiyyətlə, müxalifətin belə addımları anti-milli fəaliyyət kimi qiymətləndirilməlidir. İşğalçı Ermənistanın da bu nüfuzlu müsabiqənin Azərbaycanda keçirilməsinə qarşı kampaniya apardığını xatırladan S.Orucovun sözlərinə görə, radikal müxalifətin bu istiqamətdəki fəaliyyəti ermənilərin məqsədləri isə üst-üstə düşür. Bu isə Azərbaycan xalqına qarşı düşmən mövqeyin ifadəsidir: \"Müxalifətçilər ölkəmizdə görülən işləri görməzdən gələrək yalnız xarici qüvvələrdən maddi dəstək aldıqlarını, onların köləsi olduqlarını isbat edirlər. Mən AXCP gənclərini qınayıram. Onların Azərbaycanın imicinə qarşı yönəlmiş ləyaqətsiz hərəkətlərini qəti pisləyirəm. Yaxşı olar ki, müxalifət gəncliyi xalqın qəzəbindən qorxaraq bu səhv yoldan əl çəksin",- deyə YAP Gənclər Birliyinin sədri vurğulayıb.
Bu gün Azərbaycanın inkişaf yolunda olduğunu deyən S.Orucovun sözlərinə görə, bütün beynəlxalq təşkilatlar, dövlətlər ölkəmizin dinamik inkişafını etiraf edir və dəstəkləyirlər: \"Azərbaycanın bu gün güclü lideri var. Azərbaycan gəncliyi cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Dövlət başçısının həyata keçirdiyi strategiya və proqramlar bütövlükdə ölkəmizin və xalqımızın gələcəyinə xidmət edir. Azərbaycan bu gün beynəlxalq standartlara uyğun qanunlar qəbul edir və həmin qanunlar əsasında inkişaf proqramları həyata keçirilir. Hesab edirəm ki, "Eurovision-2012" mahnı müsabiqəsi də bitdikdən sonrada hamı, o cümlədən müxalifətçi gənclər görəcək ki, Azərbaycan qədər bu müsabiqəni yüksək səviyyədə təşkil edən dövlət olmayıb\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB