Asif Verdiyev: “Gürcüstandakı daşqınların ölkəmiz üçün heç bir təhlükəsi yoxdur”

Asif Verdiyev: “Gürcüstandakı daşqınların ölkəmiz üçün heç bir təhlükəsi yoxdur”
\"Gürcüstandakı daşqınların ölkəmiz üçün heç bir təhlükəsi yoxdur\". SİA-nın xəbərinə görə, bunu SəsTV-yə müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometroloji Proqnozlar bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, Gürcüstanın Tiblisi məntəqəsində daşqınların səviyyəsinin qalxması və yaxud aşağı enməsi bir gündən sonra Azərbaycanın Kür çayı ərazisində müşahidə olunur: "Mayın 13-də Kür çayının Qırağkəsəmən məntəqəsində gündüz saatlarında suyun səviyyəsində müəyyən qədər artım müşahidə olunub. Belə ki, suyun səviyyəsi gündüz saatlarında 36 santimetr artıb. Bu da Kür çayı üçün elə bir ciddi təhlükə yaratmayıb. Bu gün artıq gündüz saatlarında suyun səviyyəsi aşağı düşüb. Ötən gün axşam suyun səviyyəsi 391 santimetr idisə, bu gün 372 santimetr təşkil edib. Yəni suyun səviyyəsində azalma müşahidə olunmaqdadır. Bundan sonra da suyun səviyyəsində artım müşahidə olunarsa, Azərbaycan ərazisində elə bir ciddi təhlükə gözlənilmir".


Xatırladaq ki, ötən gün Gürcüstan paytaxtında baş vermiş daşqın nəticəsində 5 nəfər ölüb, 3 nəfər isə itkin düşüb. Bununla belə ağaclar kökündən çıxıb, asfalt yol xarab olub, bir neçə ev su altında qalıb, yol qəzaları baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə