Prezident İlham Əliyev Beynəlxalq Velosipedçilər İttifaqının prezidentini qəbul edib
Patrik Mak Quayd Azərbaycanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin önəmini vurğulayıb
Prezident İlham Əliyev mayın 13-də Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti Patrik Mak Quaydı qəbul edib.
"AzərTAc" xəbər verir ki, dövlət başçısı ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini qeyd etdi, bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini vurğuladı.
Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quayd müasir dövrdə velosiped sürmə idman növünə dünyanın müxtəlif ölkələrində marağın getdikcə artdığını dedi, qlobal istiləşmə, iqlim dəyişikliyi, ətraf mühitin qorunması və digər məsələlərin həllində bu idman növünə daha çox üstünlük verildiyini vurğuladı. Patrik Mak Quayd Azərbaycanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini qeyd etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB