Rassmusen NATO zirvəsinin gündəmini açıqlayıb

Rassmusen NATO zirvəsinin gündəmini açıqlayıb

Şiamli Atlantika Müqavilə Təşkilatının baş katibi Anders Foq Rassmusen gələn həftə Birləşmiş Ştatların Çikaqo şəhərində keçiriləcək NATO zirvə toplantısı ilə bağlı mətbuat konfransında çıxış edib. Sammitin gündəmini açıqlayan Rasmussen bildirib ki, bu dəfəki sammitə İsrail dəvət olunmayıb.


"Sammitdə NATO əsgərlərinin tamamilə Əfqanıstandan çıxarılması və Əfqan xalqına dəstək məsələsi, iqtisadi problemlər və təhlükəsizlik məsələləri və tərəfdaşlar arasında əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq", - deyə Rassmusen fikrini ifadə edib.


Rassmusen, həmçinin, sammitdə Şimali Amerika ilə Avropa arasında olan qırılmaz əlaqələrin qorunması və NATO-nun XXI əsrin problemləri ilə mübarizə apara bilməsi üçün təşkilatın gücləndirilməsi məsələlərinin də əsas müzakirə mövzusu olacağını əlavə edib.


Bəzi ölkələrin toplantıda iştrak etməməsi məsələsinə gəlincə isə Rasmussen, qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin sammitdə iştrak etməməsinə səbəb onun ağır iş qrafikasında çalışmasıdır.


Qeyd edək ki, Çin və Hindistan sammitə dəvət olunmasına baxmayaraq, onlar da toplantıda iştrak etməyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə