"Dağlıq Qarabağ ən mürəkkəb "dondurulmuş münaqişə" adlanan problemlərdəndir". Bu bəyanatı mayın 11-də Yerevanda keçirdiyi mətbuat konfransında liberal demokratların və islahatçıların Avropa Partiyasının rəhbəri Qrem Uotson deyib. Verilən xəbərə görə, Uotson "dondurulmuş" sözü ilə razılaşmadığını da ifadə edib:
"Hesab edirəm ki, "dondurulmuş" sözü uğursuz bir seçimdir. Əgər münaqişə dondurulsaydı, təmas xəttində atışma və ölüm halları olmazdı. "Dondurulmuş" o mənadadır ki, irəlidə yolu görmək mümkün olmur".
AP sədri həmçinin Avropa İttifaqının münaqişənin sülh yolu ilə həll edilməsi təklifini də dəstəklədiyini bildirib.
"Çox şadam ki, Pridnestroviya və Moldova arasında tərəqqi var. Məncə, bu inkişaf Rusiya ilə Aİ arasında inam atmosferini yaradacaq ki, bu da digər münaqişə ocaqlarının həllinə təkan verəcək.
Mən "kim haqlıdır, kim haqsız" mövqeyində deyiləm. Onu bilirəm ki, silahl münaqişə haqlı-haqsız məsələsini həll etmir. Silahlı münaqişə yalnız kimin sağ qalmasını həll edir", deyə Qrem Uotson bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB