Göygöl rayonunda Ümummilli lider Heydər Əliyevin döğum günü qeyd edilib. Göygöl rayon İcra Hakimiyyətinin və YAP Göygöl rayon təşkilatının təşkilatçılığı ilə Ulu Öndərin abidəsinin ziyarət edilməsi, əklil və gül dəstələrinin qoyulması ilə başlanan ümumrayon yürüşü şahmat üzrə yarış və musiqi müsabiqəsi başa çatıb.
SİA-nın məlumatına görə, YAP Göygöl rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı elmi-praktiki konfransda və müsabiqənin yekunu ilə bağlı keçirilən tədbirdə, rayonun idarə və müəssisə rəhbərləri, ərazi ilk partiya təşkilatlarının sədrləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. Tədbiri Göygöl rayon icra hakimiyyətinin başçısı Arif Seyidov giriş sözü ilə açaraq Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb, daxili və xarici siyasətdə, iqtisadiyyatda və ölkə həyatının bütün sahələrində həyata keçirdiyi islahatlardan, yerinə yetirilən möhtəşəm layihələrdən bəhs edib.
Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev məruzə ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onun əsasını qoyduğu gənclər siyasətinin bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. Həmçinin gənclərə yüksək diqqət və qayğısının göstərilməsi və onların gələcək inkişafının dövlət tərəfindən stimullaşdırılması, gənclərin problemlərinin həllinə yönələn dövlət proqramlarının həyata keçirilməsi, əlverişli təhsil mühitinin yaradılması və istedadların üzə çıxarılmasından bəhs edib. Günümüzün reallığının Ulu Öndər Heydər Əliyev ideyalarına və milli mənəvi dəyərlərimizə, vətənimizə, ana dilimizə, qədim tariximizə və millətimizə sadiq gənclər yetişdirməyi və müstəqil Azərbaycanın inkişafına töhfələr verməyi tələb etdiyini, gənclərin intellektual potensialının, idmana və musiqiyə olan marağının daha da artırılmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu qeyd edib.
Qeyd edək ki, tədbirin sonunda musiqi müsabiqəsinin və idman yarışlarının qalibləri YAP Göygöl rayon təşkilatı tərəfindən fəxri fərmanlarla və qiymətli hədiyyələrlə təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB