Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 10-dа saat 14.00-dan 14.35-dək və 15.30-dan 15.50-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqeləri, saat 23.00-dan 23.05-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqeləri, saat 12.20-dən 12.25-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.10-dan 21.15-dək, 21.15-dən 21.20-dək və mayın 11-də 03.10-dan 03.20-dək Ağdam rayonunun Yusifcanlı, Şuraabad və Şirvanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyndən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.


Bütün xəbərlər Facebook səhifəmizdə